46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir

  • By Admin2
  • 07 Mart 2026 09:15

Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

Gununsesi.info