
“Təsəvvür edin ki, mən ölüb, yenidən dirilmişəm. Bu, dünya tarixində xəyala gəlməyən bir şeydir”.
Gununsesi.info xəbər verir ki, bunu MediaTürk TV-yə Kəlbəcər sakini olan arıçı İsmayıl Yusifov deyib.
O, Kəlbəcərin işğalından sonra təsəllini oradan qalan arılarda tapdığını bildirib. Arıçı azad Kəlbəcərdə təsərrüfatını inkişaf etdirmək niyyətində olduğunu söyləyib.
Bundan başqa, İsmayıl Yusifov Kənd Təsərrüfatı Nazirliyinin ona təsərrüfatını inkişaf etdirməsi üçün maddi dəstək verdiyini vurğulayıb.
Daha ətraflı təqdim etdiyimiz videoda:
VIDEO