Daha 3 yaşayış məntəqəsi qazla təmin olundu

“Azəriqaz” İstehsalat Birliyi kommunal sektorda bir ilkə imza ataraq başlatdığı “Açıq mikrofon” aksiyası artıq öz nəticəsini verməyə başlayıb. “Səyyar qəbul otağı” paytaxtla yanaşı, bütün bölgələrdə də sakinlərin ixtiyarında olur.

Gununsesi.info xəbər verir ki, ötən ay Yardımlı rayonunun Dəlləkli kəndində, Füzuli rayonunun Qarabulaq yaşayış məntəqəsində və Lerik rayonunun Babaküçə kəndində təşkil olunan “Açıq mikrofon” aksiyasından sonra qısa müddət ərzində sözügedən bütün yaşayış massivlərinin qazlaşdırılmasına başlanılıb. İşlər sürətlə davam etdirilir.

Bundan sonra da “Açıq mikrofon” aksiyası bütün ölkə üzrə davam etdiriləcək.

Gununsesi.info