
ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Tramp tərəfdarlarının təşkil etdiyi “Amerikanı yenidən böyük et” nümayişi zamanı ifrat sağçı “Proud Boys” və “Qaradərililərin həyatı önəmlidir” qrupunun etirazçıları üz-üzə gəlib.
Gununsesi.info xəbər verir ki, müxalif qrupların təşkil etdiyi nümayişlər nəticəsində 8 nəfərin yaralandığı, 23 nəfərin nəzarətə alındığı bildirilib.
Bir ay əvvəl də Tramp tərəfdarları tərəfindən təşkil edilən ilk yürüşdə azı 20 nəfər nəzarətə alınmışdı.
Gununsesi.info