
Türkiyədə seçkilərə günlər qala, İzmir şəhərində xoşagəlməz olay yaşanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İzmirin Menderes rayonunda yaşanan toqquşma zamanı 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Silahlı toqquşma bir qəhvəxanada baş verib. İlkin məlumatlara görə, insident qumar borcundan qaynaqlanan borc üzündən olub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Tərcümə: Arzu Sayadoğlu