
Dünyaca tanınmış yayım orqanı “The Telegraph” Türkiyədəki seçkilərlə bağlı yazı dərc edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tanınmış mətbuat orqanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ehtimal yenilgisindən yazıb.
Yazıda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun Qərblə davam etdirmək istədiyi münasibətlərin və Qərbdən olan siyasi liderlərin gözləntiləri vurğulanıb.
Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə hədəf alan yayım orqanı “Ərdoğan yenilərsə, azad dünya sevinəcək”, yazıb.
“NATO-nun içindəki düşmən” cümləsinin yer aldığı fikir yazısında Ərdoğanın məğlubiyyətinin “azad dünyanın sevinmə səbəbi” olacağı vurğulanıb.
Yazıda Ankaranın Qərb ittifaqındakı mövqeyin qorunub-qorunmayacağına səs veriləcəyinin altı cızılıb.
Kılıçdaroğlu Qərblə münasibətləri canlandıracaq
Yazıda Kamal Kılıçdaroğlunun NATO və ABŞ ilə münasibətləri düzəltmə sözünü verməsinə duyulan maraq vurğulanıb.
Eləcə də, Kılıçdaroğlu Qərbli ortaqlarının uzun müddətdir ki, rəfə qaldırılan Avropa Birliyinə (AB) üzvlük girişini “yenidən canlandırmağı” vəd edir.
Qərb liderləri arasında Türkiyənin NATO müttəfiqi olaraq etibarının sorğulandığı şəklində fikir ortaya ataraq bu cümlələri yazıb:
“Türkiyə Rusiyadan “S-400” silahları aldı. Amerika Ankaranı yadlaşdırmaq və sanksiyalarla cavab verdi. Daha yaxın zamanda Türkiyə İsveçin ittifaqa qatılmasına yönəlik etirazları ilə NATO liderlərini xəyal qırıqlığına uğratdı.
Tərcümə: Arzu Sayadoğlu