
İsrail Silahlı Qüvvələri Fələstin torpaqlarına hücumunu davam etdirir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Fələstinin Qəzza şəhərini havadan bombalaması zamanı öldürülənlərin sayı 31-ə yüksəlib.
İsrail Silahlı Qüvvələri Fələstinə havadan və qurudan yüzlərlə bomba atıb. Açıqlanan məlumatlara görə, can itkiləri arasında mülki vətəndaşlar da var. Artıq 4 gündür ki, hücumlar davam edir.
Öldürülənlər arasında 6-sı uşaq, 3-ü qadın olmaqlar, bütövlükdə, 93 nəfər yaralı var. Onlardan 32 nəfəri uşaq, 17-si isə qadındır. Fələstinin silahlı qrupları bu qətliama cavab olaraq İsrailin nəzarətindəki bölgələrə raket atıblar.
Toqquşmalar gecə saatlarından bəri azalsa da, tərəflər hələlik atəşkəs əldə edə bilməyiblər.
Tərcümə: Arzu