Fazil Mustafa partiyasının bağlanacağına dair xəbərlərdən danışdı

“Böyük Quruluş partiyasının guya qapadılacağı barədə yalan məlumat yayıblar. Halbuki bir ay öncə 7 min üzvün sənədləşməsini yeni qanunvericiliyə uyğun ötən ay tamamlamışıq.

Gununsesi.info bildirir ki, bunu BQP başqanı deputat Fazil Mustafa sosial şəbəkədə yazıb.

HTML tutorial

“Bu peşə əxlaqından uzaq saxtakarlar mövqeyimizi də öyrənməyi lazım bilməyiblər. Bu sayta qarşı hüquqi işləmlərə başlayırıq. Öncə Mətbuat Şurası, sonra da məhkəməyə doğru…Bu informasiyanın sifarişinin haradan gəldiyini bilmək çox önəmlidir. Bizimlə yanaşı iki partiyanın da adını çəkiblər ki, izi yayındırsınlar. Bu cür yazılar şəxsimlə bağlı olsaydı bu dərəcədə üzərinə getməzdim. Rəhbəri olduğum siyasi partiyanın işgüzar nüfuzunu qorumaq birbaşa Nizamnamə vəzifəmizdir”.

 

Afət

Gununsesi.info