Avrasiya İqtisadi İttifaqı və İran azad ticarət sazişi müzakirələrini başa çatdırıb

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran azad ticarət sazişi layihəsi üzrə əsas müzakirələri başa çatdırıb.

Gununsesi.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu qurumun rəsmisi Andrey Slepnev bildirib.

HTML tutorial

Qeyd olunub ki, iyunun əvvəlində saziş layihəsi həm də ittifaqın Hökumətlərarası Şurasının Soçidə keçiriləcək iclasında Aİİ ölkələrinin baş nazirlərinə təqdim olunacaq.

“İndi ittifaqın İranla ticarətinin həcmi təqribən 6 milyard dollardır və tam anlaşma ilə bu, 20 milyard dollara qədər arta bilər”, – o əlavə edib.

Gununsesi.info