
Türkiyənin İsveçdəki səfirliyinin qarşısında müsəlmanların müqqəddəs kitabı Qurani-Kərimi yandırılması iki ölkə arasında ciddi gərginliyə səbəb olub.
Xatırladaq ki, hələ bu aksiyaya icazə verilərkən İsveçin Ankaradakı səfiri XİN-nə çağırılıb və nota verilib.
Olaydan sonra isə Türkiyə hökunəti və parlamentindən İsveç əleyhinə sərt ittihamlar səsləndirilib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, İsveçin müdafiə naziri Pal Jonsonun Türkiyəyə səfəri ləğv edilib.
Bununla belə İsveş rəsmiləri olaya ifadə azadlığı prizmasından yanaşıb.
Tərcümə:
Afət