
Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə iclası keçiriləcək.
Gununsesi.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, proses yerli vaxtla 14:00-da Tbilisidə davam edəcək.
Məhkəmə onun azadlığa buraxılması və ya cəzasının ertələnməsi məsələsinə baxacaq.
Saakaşvilinin məsafədən iclasa qoşulub-qoşulmayacağına müalicə aldığı “Vivamed” klinikasının həkimləri qərar verəcək.
Qeyd edək ki, 2021-ci ilin oktyabrından həbsdə olan eks-prezident dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər var.
Gununsesi.info