Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyir -EKSPERT

“Fransa prezidenti Emmanuel Makron Kiyevə tankları 3 şərtlə verə biləcəyini deyib: 1.Tankların verilməsi eskalasiyaya (?!) səbəb olmamalıdır; 2.Tanklar Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalıdır; 3. Ukraynaya verilən tanklar Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır”.

Gununsesi.info bildirir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu deyib.

HTML tutorial

O, bildirib ki, ortada bəhanə görünür:
“Məşhur lətifədə deyildiyi kimi, “daha denən ki, paraşüt vermək istəmirəm”. Almaniya kansleri Olaf Şolts da Ukraynaya tank verməyi uzadır. Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər, yəni Kiyevə nə hərbi texnika veriləcəksə, Vaşinqton qabağa düşsün. Vaxtilə Avropanın göbəyindəki Bosniya müharibəsini də ABŞ-a yükləmişdilər, Deyton sazişi olmasaydı, Paris və Berlin seyr etməkdə davam edəcəkdilər. İndi də Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər”.

Mətləb
Gununsesi.info