İsrail ordusu HƏMAS liderlərindən birini məhv edib

  • By ilhame
  • 24 Oktyabr 2023 19:02

İsrail ordusu HƏMAS liderlərindən biri olan Abed Əlrəhmanı məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

A.Əlrəhmanın HƏMAS-da konkret olaraq hansı vəzifəni icra etdiyi açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Gununsesi.info