Hindistanda fişəng fabrikində partlayış: Çoxlu sayda ölənlər və yaralananlar var

Hindistanın Madhya Pradeş ştatında fişəng fabrikində partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 65 nəfər yaralanıb.

Yanğının söndürlməsi işləri isə 50-dən çox xilasetmə ilə davam edir. Çox sayda insanın fabrikdə köməksiz qaldığı bildirilib.

Partlayış nəticəsində ətrafdakı evlərə və mağazalara ziyan dəyib.

 

Gununsesi.info