Bayden haqda danışanda İranı sevindirdinizin fərqində idinizmi? - İSRAİL HÖKUMƏTİNİN SƏHVLƏRİ ÖLKƏYƏ BAHA BAŞA GƏLDİ

Nə oldu, Netanyahu? Nə oldu, Mossad? Nə oldu, Mossdın rəhbəri David Barnea? “Balans siyasətinin” nəticələrindən razısınız?

Yoxsa, elə bilirdiniz ki, mütəmadi, sistematik formada sizin strateji müttəfiqiniz olan ABŞ-ın bostanına daşlar atanda düşmən bunu görməyəcək və bundan istifadə etməyəcək?

David Barnea çıxıb ağzına gələni Bayden haqda danışanda İranı sevindirdinizin fərqində idinizmi?

Düşmənləriniz, məhz sizin səhvinizi gözləyirdilər.

Yoxsa, Natanyahu Putinlə yaxın münasibətlər naminə Baydeni hədəf seçirdi? İndi Putinmi köməyə gələcək?

Bütün bunlara baxmayaraq, Bayden administrasiyası və ABŞ bütövlükdə İsrailin yanında olacaq, heç şübhəsiz, amma səhvlərdən nəticə çıxarılmalıdır.

Təbii ki, Netanyahu üçün bu sondur.

Kamran Cəfərov

Gununsesi.info