
“Mən bütün məhdudiyyətləri aradan qaldırdım, biz bu əraziyə nəzarəti ələ keçirdik və indi tam miqyaslı hücuma keçirik”.
İsrailin müdafiə naziri Yoav Qallant blokada altındakı Qəzza zolağına edilən hücumlarla bağlı bildirib.
İsrail mətbuatının məlumatına görə, Qəzzadakı vəziyyəti dəyərləndirən Gallant, HƏMAS-ın “peşman olacağını”, Qəzzanın isə “heç vaxt əvvəlki kimi olmayacağını” bildirib.
Nazir xüsusilə qeyd edib: “Mən bütün məhdudiyyətləri aradan qaldırdım, biz bu əraziyə (Qəzza zolağı ilə sərhəd) nəzarəti ələ keçirdik və indi tammiqyaslı hücuma başlayırıq”.
Səid Əhmədli
Gununsesi.info