Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

  • By ilhame
  • 08 Oktyabr 2023 20:41

Sumqayıtın 13-cü mikrorayonunun Babək küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, avtomobil 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info