Şeyx Qazaxıstana getdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstana səfərə yola düşür.

Gununsesi.info xəbər verir ki, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.

A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.

 

Gununsesi.info