
Nicat Qasım Türkiyənin Doqquz Eylül Universiteti Sosial Elmlər İnstitutunda Prof.Dr. Levent Şenyayın elmi rəhbərliyi ilə, “Zamana Görə Dəyişən Parametrli Modellərin Proqnozlaşdırma Performanslarının Müqaisəli Təhlili” adlı elmi işi ilə, İqtisad elmləri üzrə fəlsəfə doktoru (ixtisaslaşma sahəsi: Ekonometrika) adına laiq görülüb.
Gununsesi.info xəbər verir ki, elmi işin əsas mahiyyəti, iqtisadi proseslərin proqnozlaşdırılması zamanı geniş şəkildə istifadə edilən ARIMA, ARFIMA, Fourier ARMA və TvAR modellərinin proqnozlaşdırma performansının qarşıaşdırılmasından ibarətdir. Tətbiq sahəsi olaraq, dolların Türkiyə lirəsinə qarşı məzənnəsi seçilib. Modellərin qiymətləndirilməsi və nümunədaxili proqnozlarının hesablanması üçün, 2000-ci ilin yanvar və 2022-ci ilin dekabr ayları arasındaki müddəti əhatə edən dollar/lirə məzənnəsinə aid zaman sırası 2023-cü il üçün nümunədən kənar proqnozlar hesablanıb.
Dollar/Lirə Məzənnəsi
2022-ci ilin dekabr ayı üçün dolların rəsmi məzənnəsi 18.65 lirə olmasına baxmayaraq, xüsusilə Fourier ARIMA və TvAR modelləri əsasında hazırlanan 2023-cü il proqnozları reallıqla tam olaraq üst-üstə düşüb. Belə ki, 6 sentyabr tarixində Türkiyə Maliyyə Nazirliyinin açıqladığı Orta Müddətli İqtisadi Proqrama əsasən 2023-cü ilin sonunda dollar/lirə məzənnəsinin 30.4 olaraq proqnozlaşdırıb. Nicat Qasım tərəfindən qiymətləndirilən TvAR modeli əsasında hazılanan proqnoza görə isə 2023-cü il dekabr ayında dollar/lirə məzənnəsi 30.5 olacaqdır. Bu proqnozun təxminən bir il öncə hesablanması, ekonometrika elminin nə qədər vacib olduğunu bir daha göstərmiş olur.
Panel A: Fourier-ARMA Modelinin Nümunədən kənar Proqnozları
Bundan əlavə, zaman sıralarının qeyri-stasionarlığının tədqiq edildiyi vahid kök testləri ilə, dollar/lirə məzənnəsində yaranan qırılmaların səbəbinin iqtisadi krizlərlə yanaşı, siyasi krizlər olduğu göstərilib. Belə ki, 2001,2008 illərində baş verən iqtisadi krizlər ilə yanaşı, 2013-cü ilin sonunda baş verən 17-25 dekabr rüşvət və korrupsiya əməliyyatları, 2018-ci il may ayında baş verən rahib Brunson krizi, yanlış həyata keçirilən faiz siyasəti nəticəsində 2021-ci ilin dekabr ayında başlayan məzənnə zəmanətli depozit siyasəti sonrasında Dollar/Lirə məzənnəsində ciddi qırılmalar yarandığı müxtəlif testlərlə bir daha təsdiqlənmişdir. Bu nəticələr, açıq bazar iqtisadiyyatına sahib ölkələrdə, siyasi iqtidarın qərarlarının ölkə iqtisadiyyatıda necə qırılmalar yaratdığını bir daha təsdiq edir.
Nicat Qasımın doktorantura təhsili müddətində beynəlxalq indeksli elmi juranallarda nəşr edilən həmmüəllifi olduğu elmi məqalələrə, indiyə qədər 50 istindad olub.
Gununsesi.info