İsrail yardım gözləyənlərə hücum etdi: Çoxlu sayda ölən və yaralı var

İsrail ordusunun Qəzza zolağının şimalında humanitar yardım gözləyən fələstinlilərə hücumu nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilib.

Gununsesi.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudranın yazılı açıqlamasında İsrail qüvvələrinin Qəzzanın şimalında yüz minlərlə ac insana qarşı sistemli soyqırım müharibəsi apardığını bildirib.

Kudra, İsrail qüvvələrinin Qəzza şəhərinin cənubundakı Əl-Küveyti qovşağında “dəhşətli qətliam” törətdiyini və bu qətliamda çoxlu sayda insanın öldüyünü və yaralandığını bildirib.

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belahda humanitar yardım aparan maşını hədəf alması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Gununsesi.info