
Suriyanın qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 6 nəfər ölüb, 38 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Avtobus Homs-Həma yolunda aşıb, nəticədə 6 nəfər ölüb, 38 nəfər yaralanıb”, – məlumatda deyilir.
Qeyd olunub ki, yaralılar yerli tibb məntəqəsinə yerləşdirilib. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.
Gununsesi.info