Türkiyədə meşə yanıb

  • By ilhame
  • 03 Mart 2024 18:49

Türkiyənin Rizə bölgəsinin Səslidərə kəndində gecə saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.

 

Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, yanğın qısa müddətdə 5 nöqtəyə yayılıb.

 

Xəbər üzərinə bölgəyə xilasetmə və Meşə Əməliyyat Müdirliyi qrupları sövq edilib.

 

Qruplarının təxminən 5 saatlıq işindən sonra nəzarət altına alınan yanğın 20 hektar meşə sahəsinə ziyan vurub.

 

Yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Gununsesi.info