
Yediot Ahronot qəzetinə məxsus “Ynet” internet saytı İsrailin Qəzzada davam edən hücumları zamanı bir İsrail əsgərinin dost atəşi ilə öldürüldüyünü açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, xəbərdə, “Bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələrinə aid bir helikopterin Qəzza zolağında əsgərlərin olduğu evə təsadüfən hücumu nəticəsində bir əsgərin həlak olduğu” bildirilib.
Hadisənin baş verdiyi bölgə ilə bağlı məlumat verilməyən xəbərə görə, qurudakı İsrail əsgərləri yaxınlıqdakı Fələstin müqavimət döyüşçülərinə qarşı “Apaçi” helikopteri ilə havadan dəstək istəyib.
Xəbərdə “iki helikopter pilotunun sorğuya cavab verdiyi, lakin yerdən düzgün olmayan atəşə görə əsgərlərin yerləşdiyi binaya hücum etdiyi” bildirilib.
Ailəsinin tələbi ilə ölən əsgərin adı açıqlanmayıb, İsrail ordusunun hadisə ilə bağlı araşdırma apardığı qeyd edilib.
İsrail ordusunda belə bir hadisə ilk dəfə deyil. İsrail dövlət televiziyası bu yaxınlarda Qəzza zolağında Fələstin müqaviməti ilə toqquşmalarda “dost atəşi” nəticəsində çoxlu əsgərin öldüyünü bildirib.
Qəzzaya hücumlar başlayan oktyabrın 7-dən bu yana ümumilikdə 418 İsrail əsgəri həlak olub.
Qəzzada Səhiyyə Nazirliyi də dünən İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayının 7 min 112-si uşaq, 4 min 885-i qadın olmaqla 17 min 177-yə yüksəldiyini açıqlayıb.
Gununsesi.info