Azərbaycanda avtomobil piyadanı vuraraq öldürdü

Göyçayda avtomobil piyadanı vurub.

Gununsesi.info APA-ya istinadən bildirir ki, Göyçay rayonu ərazisində Samir Hüseynov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Hüseynov Ceyhun Akif oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlaraq baxmayaraq orada vəfat edib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info