
“Ermənistana 50 zirehli transportyor göndərmək qərarı sadəcə təxribatdır. Fransa bilməlidir ki, bu, Ermənistana kömək etmir, əksinə zərər verir”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, “sülhün bərqərar olması fürsətindən istifadə etmək və onu çaşdıran ölkələrin tələsinə düşməmək Ermənistanın maraqlarına uyğundur”.
Ərdoğan bildirib ki, Ermənistan administrasiyası son təcrübələrindən dərs götürməli və bu təxribatlara əl atmamalıdır: “Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”.
Gununsesi.info