
Gununsesi.info vəkil Vamiq Şükürovun sələm və kredit anlayışı haqqında məqaləsini təqdim edir:
Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Faizə pul verilməsi banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib müqavilə bağlamaq səlahiyyətləri yoxdur.
Verilən pula görə borc alandan faiz tələb etmək (sələm) qanunvericiliklə məsuliyyət yaradır.
Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir.
Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır. Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir. Buna görə sələm verən şəxs inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Borc verən sələmə verilmiş pulu geri qaytarmaq üçün məhkəməyə müraciət edə bilərmi?
Bəli tələb edə bilər. Lakin ancaq verdiyi borcu tələb edə bilər.
Sələm hissəsini tələb edə bilməz.