Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər

  • By ilhame
  • 07 Yanvar 2024 09:39

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb.

 

Buna səbəb isə Mişelin Avropa parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olmasıdır.

 

“2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Seçilsəm öz yerimi tutacağam. Avropa Şurası isə iyunun sonunda və ya iyulda yeni sədri elan edə bilər”, – deyə o qeyd edib.

 

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.

 

Gununsesi.info