Prezidentdən seçki açıqlaması: Yenidən namizəd olacaq?

Litvanın hazırkı prezidenti Gitanas Nauseda gələn il keçiriləcək prezident seçkilərində ikinci müddətə namizəd olacaq.

Gununsesi.info xəbər verir ki, Nauseda qeyd edib ki, o, başladığı işləri davam etdirmək əzmindədir.

“Mən 2024-cü ilin mayında keçiriləcək prezident seçkilərində iştirak edəcəyəm və ümid edirəm ki, Litva xalqı 2019-cu ildə olduğu kimi mənə də güclü etimad mandatı verəcək”, – deyə siyasətçi əlavə edib.

Qəzet qeyd edir ki, namizəd olmaq qərarını açıqlamazdan əvvəl Nauseda Prezident sarayında 30 dəqiqəlik nitq söyləyib və 2019-cu ildə vəzifəyə gəldiyindən bəri ölkənin əldə etdiyi nailiyyətlərdən danışıb.

İlk səlahiyyət müddətində Nauseda Kremlin Ukraynadakı hərəkətlərini olduqca sərt tənqid etməsi ilə yadda qalıb.

Rəy sorğularına görə, Nauseda gələn may ayında keçiriləcək prezident seçkilərində aşkar favoritdir.

Onun əsas rəqibləri bu yaxınlarda namizədliyini irəli sürmək qərarını açıqlayan vəkil İqnas Vegele və baş nazir İnqrida Simonite hesab olunur.

Ölkədə prezident seçkiləri 2024-cü il mayın 12-də keçiriləcək.

Gununsesi.info