
İsrail dövləti onun işğal siyasitəini Beynəlxalq Ədalət Divanına götürən Fələstin rəsmilərinə qarşı ağır sanksiyalar tətbiq edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, radikal sağçı və dindar qüvvələrin içində olduğu yeni hökumət bu addımı Fələstin rəqmilərini cəzalandırmaq məqsədi ilə atdıqlarını açıqlayıblar.
İsrail rəsmiləri Təhlükəsizlik Şurasının toplantısında alınan bu qərarın Baş nazir Benyamin Netanyahu hökumətinin “Fələstin muxtar idarəçiliyinin İsrail dövlətinə qarşı siyas və hüquqi savaş açma qərarına cavab” xarakteri daşıdığını bildiriblər.
Alınmış bu qərarla Fələstin Muxtar İdarəçiliyinə geri ödəmə olaraq vergi gəlirlərindən 39 milyon dollarlıq pulun kəsilməsini, həmin maliyyənin Fələstin tərəfinin hücumları zamanı ölən israillilərin ailələrinə təzminat proqramına yönəldilməsi əsas alınır.
Tərcümə: Arzu Sayadoğlu