Ötən il Qarabağa səfər edənlərin sayı açıqlandı 

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə bildirib.

HTML tutorial

Belə ki, 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər isə Füzuliyə səfər edib.

Gununsesi.info