“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.
Gununsesi.org-un xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, – deyə C. Dik vurğulayıb.
COMMENTS