Rusiyanın Yekaterinburq şəhərindən Yerevana uçan “Ural hava yolları”na məxsus “Airbus A-320” tipli təyyarə məcburi eniş etməli olub.
Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, enişə səbəb texniki nasazlıq, şassi ilə bağlı problemlər olub. Təyyarə Yekaterinburqun “Koltsovo” hava limanına enib.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.
Hadisə zamanı heç kim xəsarət almayıb. Təyyarə də zərər görməyib.
COMMENTS