İspaniyada güclü külək və qar 13 nəfərin ölümünə səbəb oldu

İspaniyada güclü külək və qar 13 nəfərin ölümünə səbəb oldu

İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Son ölüm faktı Tarraqona əyalətində qeydə alınıb.

Bildirilir ki, 50 yaşlı kişi qayalar arasında balıq tutarkən ölüb.

 Əyalət hakimiyyəti insanları daha diqqətli olmağa çağırıb.

Gununsesi.org

COMMENTS