Yolda donmuş vəziyyətdə üç yaşlı çılpaq uşaq tapıldı

Yolda donmuş vəziyyətdə üç yaşlı çılpaq uşaq tapıldı

Rusiyanın Yekaterinburq şəhərində küçədən çılpaq azyaşlı uşaq tapılıb.

Gununsesi.org Ura.ru-ya istinadən xəbər verir ki, İyulski küçəsində tapılan üç yaşlı oğlan soyuqdan donmuş vəziyyətdə olub.

Məlumata görə, bunu görən insanlar təcili tibbi yardım çağırıblar.

Onlar tibb işçiləri gələnə qədər uşağı yaxınlıqda yerləşən ofislərin birinə aparıblar.

Faktla bağlı araşdırma başlayıb.

Gununsesi.org

COMMENTS