İsrail aviasiyası HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirdi

  • By admin
  • 22 Noyabr 2020 19:08

İsrail ordusu Aşkelon şəhərinə endirilən raket zərbəsinə cavab olaraq Qəzza sektorunda yerləşən HƏMAS-a məxsus hərbi obyektlərə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Qəzzadan axşam saatlarında İsrailə atılmış raketə cavab olaraq hərbi hava qüvvələri HƏMAS-ın bu ərazidəki hərbi obyektlərinə zərbələr endirib”, – deyə İsrail tərəfi bildirib.

Raket zərbələri endirilən obyektlər arasında raket sursatları istehsal edən zavod da olub.

 

Gununsesi.info