Şəhid ailəsinin evinə ayaqqabı ilə girdi, başqalarını günahlandırdı - FOTO

Millət vəkili Könül Nurullayeva sosial şəbəkələrdə yayılan fotosuna münasibət bildirib.

Gununsesi info-nun məlumatına görə, Anews.az-a açıqlama verən deputat bildirib ki, “bu onun üçün hazırlanan növbəti qara piyardır və sosial şəbəkədə yayılan fotosuna gün ərzində rəsmi açıqlama verəcək” -deyə qeyd edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Milli Məclisin vitse-spikeri Bahar Muradovada eyni hərəkəti etmişdir. O zaman sosial şəbəkə fəalları Bahar Muradovanı bu hərəkətinə görə sərt tənqit etmişdilər.
Gununsesi.info