
G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar.
Gununsesi.info “Ria Novosti”yə istinadla xəbər verir ki, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır:
Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq;
Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək;
ÜST-ün effektivliyini artırmaq;
Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək.
Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə qoyulan moratoriumun 2021-ci ilin iyun ayına qədər uzadılması təşəbbüsünü də təsdiqləyiblər.
Gununsesi.info