Türkiyədə virus daha 139 CAN

Türkiyədə son sutka ərzində koronavirusa 6 017 yeni yoluxma halı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda koronavirusa yoluxmuş 139 nəfər ölüb.

Ümumilikdə Türkiyədə 446 min 822 nəfər koronavirusa yoluxub, 12 min 358 nəfər dünyasını dəyişib.

Gununsesi.info