
Rusiya vətəndaşlarının əksəriyyəti miqrantların əvəzinə məhkumların işə cəlb edilməsi fikrini dəstəkləyirlər.
Gununsesi.info-nun məlumatına görə, RBC Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən bu barədə xəbər yayır.
Ümumilikdə, respondentlərin 71 %-i məhkumların əməyə cəlb edilməsi fikrini dəstəkləyiblər, 62 %-i isə hesab edir ki, məhkumlar özləri cəzalarını islah əmək mərkəzlərində çəkməyi üstün tutarlar.
21 % isə bu təkliflə razılaşmır.
Məhkumların məcburi əməyə göndərilməsi ideyasının tərəfdarları hesab edirlər ki, bununla onlar cəmiyyətə fayda gətirəcək, pul qazana və ailələrinə kömək edə biləcəklər, dövlət büdcəsindəki yük azalacaq.
Gununsesi.info