Vəsatətlərin 98 faizi araşdırılmadan rədd olunub – ELDAR HƏSƏNOVUN VƏKİLİ

Eldar Həsənovun istintaq prosesi ilə bağlı vəkillərin verdiyi vəsatətlərin 98 faizi heç bir araşdırılma aparılmadan rədd olunub.

Bu sözləri açıqlamasında Eldar Həsənovun vəkili Valeh Mehralıyev deyib.

Vəkilin sözlərinə görə, istintaq prosesi qeyri-obyektiv və qərəzli aparılıb:

“Biz istintaqın bu şəkildə yekunlaşmasını istəmirdik. Eldar Həsənovun istintaq işi ilə bağlı bir çox məsələlər araşdırılmayıb, araşdırılan məsələlərə də düzgün, obyektiv qiymət verilməyib”.

Valeh Mehralıyev qeyd edib ki, hazırda sabiq səfirin işi ilə bağlı tanışlıq mərhələsi başlayacaq: “Bu mərhələdən sonra iş məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, Baş Prokurorluq sabiq səfir Eldar Həsənovun barəsində aparılan cinayət işi üzrə istintaq mərhələsinin yekunlaşmaq üzrə olduğunu açıqlayıb.

Gununsesi.info