İsmayıllı sakinləri yolsuzluqdan şikayətçidirlər – MÜRACAİƏT

  • By arzu
  • 03 Avqust 2023 20:59

İsmayıllı rayonu İstisu kənd sakinləri yol problemindən əziyyət çəkirlər.

Bu barədə İstisu sakinləri Gununsesi.info -nun redaksiyasına müraciət göndəriblər.

16 nəfərlik kənd sakinləri müraciətlərində bildirirlər ki, rayon mərkəzində 27 km. uzaqlıqda yerləşən kəndin 4 tərəfdən dağ, çay və meşələrlə çevrələnir.

Kənd sakinlərinin bildirdiklərinə görə, İsmayıllının dilbər guşəsi olan İstisunun yolu yoxdur. İndiyədək bu kəndə yol çəkilməyib.

Səfalı kənd camaatı yollarının feodal dönəmində daşdan salındığını və üzərində nəinki avtomobillə, heç piyada belə getməyin mümkün olmadığını yazır.

Əhalinin yol problemindən əziyyət çəkdiyini bildirən müraciətçilər kəndin 1500-dən çox əhalisinin və 400 təsərrüfatının olduğunu qeyd edirlər.

Onların sözlərinə görə, kəndin əsas yolu cəmi 2 km. uzunluğundadır. Yolsuzluq probleminə görə də, kəndə turistlər gələ bilmirlər.

İstisunun təbiətinin gözəlliyini vurğulayan kənd adamları, belə mənzərəli yerin çayı, xoş havası və meşələri olan məkanın yolu olarsa, turistlərin də buraya gələ biləcəklərini bildirilər.

Onlar yazırları ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına dəfələrlə üz tutublar, ancaq heç bir tədbir görülməyib.

Kənd sakinləri dövlət başçısı İlham Əliyevin diqqətindən bəhs edərək, ən ucqar kəndlərə, yaşayış məskənlərinə yol çəkilməsini və insanların rahatlığının təmin edilməsini bildirərək, eyni halın İstisu kəndi üçün təkrarlanmamasından təəssüfləndiklərini ifadə edirlər.

“Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz”, – deyə kənd sakinləri bildirilər.

İsmayıllı rayonu İstisu kənd sakinlərinin imzaları;

Babayev Mobil İsmayıl oğlu 050 465-53-63
Şükürov Vicad Arif oğlu
Zülfüqarov Rasim Seyfəd oğlu
Süleymanov Şakir Şahverən oğlu
Feyzullayev Firudin Məhəmməd oğlu
Səfərov Famil Məhəmməd oğlu
Əzizov Həbib Nəsurulla oğlu
Babayev Kazım Niftalı oğlu
Babayev Adil İsmayıl oğlu
Mahmudov Fərrux Feyruz
Babayev Ramiz Nazim oğlu
Rəhimov Vüqar Nizami oğlu
Musayev Xasay Xıdır oğlu
Babayev Rafik Niftalı oğlu
Əzizov Sərxan Nəsrulla oğlu
Babayev Təbriz Rafik oğlu

 

Gununsesi.info