Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi

Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Gununsesi.org-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında nəqliyyat vasitələrilə hərəkətdə olan 1 369 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, 1 apreldən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5 446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gununsesi.org

COMMENTS