Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb?- AÇIQLAMA

Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb?

Milli Məclisin deputatı Ziyad Səmədzadə koronavirus təhlükəsinə görə karantinə alınmayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a Z.Səmədzadəyə yaxın mənbələr bildirib. Yayılan məlumatların əsassız olduğu qeyd olunub. Bildirilib ki, Z.Səmədzadə koronavirus xəstəsi deyil və hazırda evindədir.
Qeyd edək ki, mətbuatda Z.Səmədzadənin karantinə alınması barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Z.Səmədzadənin 80 yaşı var.
Gununsesi.org

COMMENTS