Zelenski Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılmasını istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılmasını təklif edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Zelenski bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsində Niderland cəmiyyətinə və sözügedən şəhərdə yerləşən beynəlxalq məhkəmə institutlarının nümayəndələrinə müraciətində danışıb.

HTML tutorial

“Təcavüzə görə məsuliyyətə cəlb olunmaq gərəkdir və buna yalnızca beynəlxalq tribunalın köməkliyi ilə nail olmaq olar. Biz belə bir tribunalın yaradılmasının tərəfdarıyıq”, – deyə Zelenski qeyd edib.

Xatırladaq ki, V.Zelenski Niderlandda səfərdədir.

 

 

Gununsesi.info