“ABŞ Kremlə hücumda iştirak etməyib”

“ABŞ-nin Kremlə qarşı pilotsuz uçuş aparatları ilə edilən hücumla əlaqəsi yoxdur”.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “MSNBC” tekanalının efirində deyib.

HTML tutorial

“Biz hələ nə baş verdiyini bilmirik, hər hansı qiymətləndirmə etmirik. Səhər Kremlin mətbuat katibi Dmitri Peskovun Vaşinqtonun hər hansı şəkildə hücumla əlaqəsinin olduğunu iddia edən açıqlamasını gördüm. Sizi əmin edə bilərəm ki, ABŞ bu hücumdan iştirak etməyib. Biz belə bir şey etmirik”, – deyə Kirbi vurğulayıb.

Qeyd edək ki, Peskov mayın 3-ü gecə saatlarında Kremlə pilotsuz uçuş aparatları ilə hücuma cəhddə Ukrayna və ABŞ-nin iştirak etdiyini bildirib.

 

Gununsesi.info