Türkiyə ordusu Bağdadinin xanımını yaxalayıb – Ərdoğan açıqladı

Türkiyə ordusu Bağdadinin xanımını yaxalayıb – Ərdoğan açıqladı

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı əməliyyat çərçivəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımını saxlayıb.

Gununsesi.org “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Milli konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə açıqlayıb.

“Terrorçu öz axmaq davası üçün gözünü qırpmadan məsumların qanını tökən insandır. Bu baxımdan müsəlmandan terrorçu ola bilməz. Utanmadan, sıxılmadan “islam terrorçusu” ifadəsini işlədən Qərbin öncə güzgüyə baxması gərəkdir. Əgər terrorçu axtarırsınızsa, onlar sizdədir.

İlk dəfə indi açıqlayıram. Biz də Bağdadinin xanımını yaxalamışıq, amma baxın, biz aləmə car çəkmədik. Eyni zamanda, onun bacısını, yeznəsini saxlamışıq. Hazırda bu istiqamətdə işlərimizi ən güclü şəkildə davam etdiririk”, -deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.

Terrorçunun bacısı 65 yaşlı Rəsmiyə Avad ilə həyat yoldaşı, gəlini və 5 nəvəsi  4 noyabrda Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı yük konteynerinə basqın zamanı tutulub.

COMMENTS