İraqda 4 PKK terrorçusu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatı zonalarında PKK-nın bir neçə terrorçusunu məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, “Pençe-Şimşek” əməliyyatı zonasında 3, “Pençe-Yıldırım” əməliyyatı zonasında isə 1 terrorçu aviasiyanın zərbəsi ilə məhv edilib.

Nazirlik regionda antiterror əməliyyatının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Gununsesi.info