
Sülhməramlılar Qarabağda “Orlan-10” pilotsuz uçuş aparatını tətbiq ediblər.
Gununsesi.info Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbçilər KamAZ-ın yük hissəsində dron buraxan qurğu yerləşdirərək uçuşlar həyata keçiriblər.
Sülhməramlıların nümayəndəsi Vitali Timofeyev “Forpost” və “Orlan-10” uçuş aparatlarının yardımı ilə real vaxtda situasiyaya nəzarət etdiklərini və dronlardan gələcəkdə də geniş istifadə edəcəklərini bildirib.
Gununsesi.info