Avropa Məhkəməsi Eldar Həsənovun işinə prioritet baxır- HÖKUMƏTDƏN SUALLAR

Avropa İnsan Hüquqları Məhkəməsi prioritet qaydada hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayəti üzrə kommunikasiyaya başlayıb.

Bu barədə Gununsesi.info-ya Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, məhkəmə Azərbaycan hökumətinə İnsan Haqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvenisyanın 3-cü (işgəncənin qadağan edilməsi) və 5-ci maddə (azadlıq və toxunulmazlıq hüququ) ilə bağlı suallar ünvanlayıb:

“Gələcəkdə kommunikasiyaya Konvensiyanın başqa maddələrinin pozulması ilə bağlı müddəaların əlavə edilməsi istisna edilmir.

Suallardan biri də Avropa İnsan Haqları Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 07 may və 22 iyun 2021-ci il tarixli müvəqqəti məcburiyyət tədbirləri (onun xəstəxanaya yerləşdirilməsi və müayinə, müalicə olunması və s.) bağlı iki qərarının icrası ilə bağlıdır.

Bununla yanaşı Məhkəmə tərəfindən qayadaların 39-cu maddəsi üzrə kommunikasiya davam edir və müvəqqəti məcburiyyət tədbirləri hələ görülməyib, bununla əlavə qərarın qəbul edilməsi istisna edilmir.

Eldar Həsənovu müayinə edən həkimlər onun dərhal stasionar qaydada ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməli olmasına dair rəy veriblər, lakin onlara əhəmiyyət verən yoxdur”.

Gununsesi.info