
Kanadanın Sadberi şəhəri yaxınlığında azı 39 nəfər yeraltı mədəndə qalıb.
Gununsesi. info TASS-a istinadən xəbər verir ki, şaxtaçıların neçə müddətdir yer altında olduqları məlum deyil. Məlumata görə “Totten Mine” adlı şaxtada 200-dək işçi çalışır.
Bildirilir ki, şaxtaçılar yer altına endikdən bir neçə saat sonra mədəndə uçqun baş verib. Hadisə yerində xilasedicilər işləyir.
Gununsesi. info